Apr 21, 2018 12:55 Asia/Baku
  • Yəmən xalqının qırğın edilməsində Avropa ölkələrinin payı
    Yəmən xalqının qırğın edilməsində Avropa ölkələrinin payı

Avropa ölkələri Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə silah satmaqla, Yəmən xalqının bu silahlardan istifadə edilərək, qırğın olunmasında birbaşa rola malikdirlər.

Yəmən böhranı üçün siyasi həll yolunun tapılması və bu ölkə xalqının qırğın edilməsinə son qoyulması məqsədilə Avropa paytaxtlarında xalq etirazlarının baş qaldırmasına rəğmən, hələ də Britaniya və Fransa kimi Avropa ölkələri siyasi və iqtisadi məqsədləri əsas götürərək, Ərəbistan və Birləşmiş Ərəb Əmirliklərinə silah satışını davam etdirirlər.

Əl-Cəzirə telekanalının verdiyi məlumata görə, insan haqlarını müdafiə təşkilatlarının Ərəbistanın başçılıq etdiyi cinayətkar koalisiyanın Yəmənin şimal-qərbində hücuma məruz qoyduğu Deyr Əl-Həcari kəndində həyata keçirdikləri araşdırmalara əsasən, bir ailənin 6 üzvünün həlak olduğu bu hadisədə İtaliya istehsalı olan bombaların qalıqları aşkar edilib.

Avropada İnsan Haqları Müdafiə Təşkilatları Koalisiyası son zamanlar bu bombaları istehsal edən şirkət əleyhinə İtaliya prokurorluğuna şikayət etdiyini bildirib.

2015-ci ildən bəri Ərəbistanın başçılıq etdiyi koalisiya beynəlxalq insan haqlarını müdafiə təşkilatlarının diqqət mərkəzindədir. Hətta, BMT-də Ərəbistanın adını uşaqlara qarşı cinayətə yol verən ölkələr siyahısına daxil etmişdi.

İndiyə kimi Norveç, Almaniya və Kanada kimi ölkələrdə ictimai təşkilatlar və insan haqları müdafiəçiləri dəfələrlə Ərəbistana vu onun başçılıq etdiyi koalisiya üzvlərinə silah satışının dayandırılmasını istəyiblər. Amma, hələ də Ərəbistana və onun başçılıq etdiyi koalisiya üzvlərinə öldürücü silahların satışı davam edir.

Ərəbistanın başçılıq etdiyi koalisiyanın əsas silah təminatçıları belə bir "yağlı"  müştərini itirmək niyyətində deyillər. Onlar silah satışı üzrə beynəlxalq anlaşmalara və Avropa Parlamentinin Ərəbistana silah satışının dayandırılması üzrə qərarına heç bir əhəmiyyət vermirlər.

Qərb paytaxtları hələ də təcavüzkar ölkələr ilə hərbi əməkdaşlıqlarını davam etdirir, insan haqları müdafiəçiləri və sülh fəallarının etirazları qarşısında müqavimət göstərirlər. London isə artıq Avropa Birliyinin silah satışı ilə bağlı siyasətləri qarşısında öhdəlik daşımadığını bildirir. Parisdə isə Fransa rəsmilərinin davamlı olaraq Yəməndə humanitar durumun ağır olmasından şikayətlənmələrinə rəğmən, Ərəbistanın başçılıq etdiyi koalisiyanı da silahlandırmaqdan xəcalət çəkmir. Madrid də müharibə ilə müxalif olan təşkilatların dəvətini görməməzliyə vuraraq, İspaniyanın Ərəbistana yeni silahlar və hərbi təchizatlar satmasıilə razılaşıb. Roma da, İtaliya qanunlarının müharibədə olan ölkələrə silah satışını qadağan etməsinə baxmayaraq, Ərəbistanın başçılıq etdiyi koalisiyanı silahlandırmaqda davam edir.

Teqlər