Ərəbistanın Yəməndə toy mərasiminə hücumu; azı 50 yəmənli al-qana boyandı
-
Ərəbistanın Yəməndə toy mərasiminə hücumu; azı 50 yəmənli al-qana boyandı
Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanın qırıcı təyyarələrinin bazar günü gecə Yəmənin şimal-qərbində yerləşən Həccə vilayətinin Ər-Raqə kəndində toy mərasiminə hücumu azı 50 nəfərin ölümü ilə nəticələnib.
Fars xəbər agentliyinin məlumatına görə, hücumda onlarla nəfər də yaralanıb.
Həccə vilayətində tibb dairələri yaralılardan bəzisinin vəziyyətinin ağır olduğunu bildirərək cinayətin tələfatının sayının artacağını ehtimal ediblər.
Səudiyyə rejimi qırıcı təyyarələri bundan öncə də Yəmənin məzlum vətəndaşlarını dəfələrlə al-qana boyamışlar.
Səudiyyə Ərəbistanı Birləşmiş Ərəb Əmirlikləri, ABŞ və bir neçə başqa ölkənin dəstəyi ilə 2015-ci il mart ayından Yəmənə hərbi təcavüz edib, Yəmənin istefaya getmiş prezidenti Əbdrəbbə Mənsur Hadini iqtidara qaytarmaq bəhanəsi ilə bu ölkəni quru, hava və dənizdən mühasirəyə alıb.
Ərəbistan və müttəfiqlərinin Yəməndəki militarist hərəkətləri indiyə qədər on dörd mindən çox yəmənlinin həlak olması, on minlərlə nəfərin yaralanması və milyonlarla yəmənlinin didərgin düşməsi ilə nəticələnib.
Ərəbistanın hərbi təcavüzü həmçinin yoxsul Yəməni ərzaq və dərman çatışmazlığı ilə üzləşdirib.
Səudiyyə rejimi və müttəfiqləri Yəmən xalqının müqavimətinə görə, indiyə qədər öz məqsədlərinə nail ola bilməmişlər.