Yəmən yeni yerli silahının təqdimatını keçirdi
-
Yəmən yeni yerli silahının təqdimatını keçirdi
Yəmənin Hərbi Sənaye Bölməsi Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya ilə savaşda istifadə olunması üçün Yəmənin yeni yerli silahının təqdimatının keçirildiyini bildirib.
Əl-Aləm televiziyasının əl-Əhd portalına istinadla verdiyi məlumata görə, Yəmənin Ali Siyasi Şurasının rəhbəri Saleh Əs-Səmad ötən gün ölkənin silahlı qüvvələrində hərbi sənaye bölməsi ilə yaxın tanış olarkən yeni silahın təqdimatı keçirilib və bildirilib ki, gələn günlərdə bu yeni silahdan səudiyyəli təcavüzkarlarla mübarizə aparmaq üçün istifadə olunacaq.
Yəmənin Ali Siyasi Şurasının sədri bundan öncə bildirmişdi ki, Yəmən raket və silahların istehsalına başlayıb və xaricdən silah almağa ehtiyac yoxdur.
Səudiyyə Ərəbistanı ABŞ-ın dəstəyi ilə 2015-ci il martdan Yəmənə hərbi təcavüz edib, bu ölkəni quru, hava və dənizdən mühasirəyə alıb. Ərəbistan və müttəfiqlərinin Yəməndəki hərbi cinayətləri indiyədək on minlərlə yəmənlinin həlak olması, yaralanması və milyonlarla nəfərin didərgin düşməsi ilə nəticələnib.
Səudiyyə Ərəbistanının başçılıq etdiyi təcavüzkar koalisiya indiyədək Yəmən xalqının müqavimətinə görə, öz məqsədləri, o cümlədən öz əlaltısını iqtidara çatdırmaq niyyətini əldə edə bilməyib.