Suriyaya hərbi müdaxilənin yeni mərhələsi
Suriya xarici işlər nazirinin müavini İsrailin Suriyaya qarşı hərbi müdaxilələrinin mənfi nəticələrinin ABŞ üçün də zərərli olacağını bildirib və deyib: Regionda gərginliyin başlıca səbəbkarı amerikalılardır.
Feysəl Miqdad deyib: İsrail rejiminin Suriya ilə birbaşa hərbi kontakta keçməsi Suriya əleyhinə savaşın yeni mərhələyə daxil olmasından xəbər verir. Bu dəfə vəkalət savaşlarında məğlub olan nökərlərin ağaları birbaşa olaraq savaş meydanına daxil olmağa başlayıblar.
Feysəl Miqdad Suriyanın İsrailin təcavüzlərini cavablandırmağa tam hazır olduğunu deyərək, ölkəsinin təcavüzkar düşmən qarşısında sükut etməyəcəyini deyib.
Suriya xarici işlər nazirinin müavini İsrail rejiminin hərbi müdaxilələrinin mənfi nəticələrinə görə ABŞ-ın da zərər və ziyana uğrayacağını deyərək, regionda və dünyadakı gərginliklərə və savaşlara görə amerikalıların məsuliyyət daşıdığını bildirib.