Fuad Məsum: İraqın prezidentliyi və parlamentində dəyişiklik ehtimalı var
https://azeri.sahartv.ir/news/qərbi_asia-i307054-fuad_məsum_İraqın_prezidentliyi_və_parlamentində_dəyişiklik_ehtimalı_var
İraq prezidenti parlament seçkiləri ərəfəsində bu ölkənin prezidentliyi və parlamentində dəyişiklik ehtimalından xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 12, 2018 04:13 Asia/Baku
  • Fuad Məsum: İraqın prezidentliyi və parlamentində dəyişiklik ehtimalı var
    Fuad Məsum: İraqın prezidentliyi və parlamentində dəyişiklik ehtimalı var

İraq prezidenti parlament seçkiləri ərəfəsində bu ölkənin prezidentliyi və parlamentində dəyişiklik ehtimalından xəbər verib.

Fuad Məsum dünən gecə İraqın siyasi quruluşu haqda belə deyib: İraqın baş nazirliyi əksəriyyətin hökmü ilə şiələrə aid olub, amma ehtimal üzrə bu ölkənin prezidentliyi və parlament sədrliyi barədə razılaşmalar olacaq.

İraqın siyasi quruluşuna əsasən, İraqın baş nazirliyi, prezidentliyi və parlament sədrliyi müvafiq olaraq, şiələrə, kürdlərə və sünnilərə aiddir, lakin ötən aylar ərzində bəziləri bu ölkənin parlament sədrliyi və prezidentliyində dəyişiklik ehtimalından xəbər veriblər.

Bəzi kürd və sünni partiyalar son zamanlar belə bir təklif irəli sürüblər ki, prezidentlik sünnilərə, parlament sədrliyi isə kürdlərə tapşırılsın.

İraq prezidenti həmçinin özünün qarşıda duran seçkilərə namizəd olmaması barədə deyib ki, bu məsələdə heç bir siyasi maneə olmayıb və o,  başqalarına fürsət yaratmaq istəyibdir.