İsrail hərbçiləri 4 fələstinlini şəhid ediblər
Fələstin mediaları İsrail hərbçilərinin dünən Qəzzə zolağında Qüds Günü yürüşlərində fələstinlilərə tərəf atəş açaraq, 4 nəfəri öldürməsindən xəbər veriblər.
Fars xəbər agentliyinin verdiyi məlumata görə, Qəzzənin Səhiyyə Nazirliyi bu xəbəri təsdiq edərək, Qəzzədəki Qüds Günü yürüşlərində 4 fələstinlinin şəhid olduğu və 500-dən çox insanın da yaralandığını elan edib.
Bu məlumata görə, 26 yaşlı İmad Nəbil Əbu Dərabi və Ziyad Cadəllah Əlbərim yaralarının ağırlığı üzündən Xan Yunusda şəhid olublar.
Qəzzə Press informasiya portalı da bildirir: Rəfəh məntəqəsində də Heysəm Məhəmməd Cəməl adlı 14 yaşlı fələstinli sionist hərbçilərin atəş açması nəticəsində şəhid olub.
Qüds Günü yürüşlərində şəhid olan dördüncü fələstinli isə Qəzzə ilə işğal edilmiş Fələstin sərhədlərində İsrail hərbçilərinin atəş açması nəticəsində şəhid olub.
Minlərlə fələstinli Əl-Əqsa məscidində cümə namazı mərasimində iştirak etdikdən sonra Qayıdış Haqqı yürüşlərinə başlayıblar.
Qüds Günü yürüşü iştirakçıları müqəddəs Ramazan ayının sonuncu cüməsində Qüds Günü yürüşlərində iştirak ediblər.