Səud təcavüzkarlarının Əlhudəydədə yerləşən silah anbarı məhv edilib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i313846-səud_təcavüzkarlarının_Əlhudəydədə_yerləşən_silah_anbarı_məhv_edilib
Bir hərbi mənbə səud təcavüzkarlarının Əlhudəydədə yerləşən silah anbarının müqavimət qüvvələri tərəfindən məhv edilməsindən xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 19, 2018 12:02 Asia/Baku
  • Səud təcavüzkarlarının Əlhudəydədə yerləşən silah anbarı məhv edilib
    Səud təcavüzkarlarının Əlhudəydədə yerləşən silah anbarı məhv edilib

Bir hərbi mənbə səud təcavüzkarlarının Əlhudəydədə yerləşən silah anbarının müqavimət qüvvələri tərəfindən məhv edilməsindən xəbər verib.

Bu hərbi mənbə bu gün bildirib ki, Yəmənin müqavimət qüvvələri təcavüzkarların Əlhudəydə şəhərinin Əldərihmi məntəqəsinin cənubundakı silah anbarını məhv ediblər. Bu silah anbarının yanmasının ardınca bir neçə partlayış baş veribdir.

Yəmənin ordu və xalq komitələri qüvvələri bundan öncə də Əlhudəydənin qərb sahilindəki Əldərihmi və Əlməclis məntəqələrində muzdurların yardım xətlərinin kəsilməsindən xəbər vermişdilər.

Yəmənin ordu və xalq komitələri qüvvələri həmçinin səud hərbçilərinin Ərəbistanın cənubundakı Əsir məntəqəsində yerləşən Məcazə məhəlləsinin qərbindəki toplanma məkanını hədəfə alıblar ki, nəticədə bir qrup səud hərbçisi öldürülübdür.