Səudiyyə muzdlularının komandanı etiraf edib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i315336-səudiyyə_muzdlularının_komandanı_etiraf_edib
Təcavüzkar Səudiyyə koalissiyasının sərkərdələrindən biri Yəmən qüvvələrinə könüllü şəkildə təslim olaraq muzdlu batalionlarının bir-bir məhv olduqlarını etiraf edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 26, 2018 09:13 Asia/Baku
  • Səudiyyə muzdlularının komandanı etiraf edib
    Səudiyyə muzdlularının komandanı etiraf edib

Təcavüzkar Səudiyyə koalissiyasının sərkərdələrindən biri Yəmən qüvvələrinə könüllü şəkildə təslim olaraq muzdlu batalionlarının bir-bir məhv olduqlarını etiraf edib.

Yəmənin Əl-Mutabiat portalının verdiyi məlumata görə, Əhməd Məhəmməd Əbdə Zeyd Ənsaullah mediyaları tərəfindən Əl-Hədidədə təcavüzkarların darma-dağın edilməsi barədəki videoları təsdiqləyib və koalissiyanın bu barədəki iddialarının yalan olduğunu deyib. 

Əbdə Zeyd Koalissiya ilə birlikdə qərb sahilində döyüşən Əl-Mətrəi batalionunun böyük hissəsinin məhv olduğunu bildirərək deyib: Batalionun sadəcə 50 qüvvəsi həyatdadır . 

Həmçinin 500 qüvvədən ibarət olan Əl-Məsqəri batalionundan da sadəcə 250 nəfərin qaldığı bildirilib. 

Bu muzdlu komandan sudanlılar və digər muzdluların qeyri-əxlaqi və qeyri-insani rəftarlarına da etiraf edib.