Əlibadi: İŞİD-i sərhədlərdən kənarda təqib edəcəyik
İraqın baş naziri İŞİD terrorçularınn tam məhvini vurğulayıb.
İraqın baş naziri Heydər Əlibadi dünən Mosulun İŞİD-in işğalından çıxarılmasının birinci ildönümü günü münasibətilə yaydığı bir bəyanatda deyib: İŞİD terrorçularını onların tam məvhinədək hətta İraqdan kənarda belə təqib edəcəyik.
Əlibadi qeyd edib ki, azad olunmuş məntəqələrin bərpası özünün ilk mərhələlərindədir.
İraqın baş naziri bundan öncə də terrorçularla mübarizə üçün təcili tədbirlərin görülməsindən xəbər verərək, demişdi ki, İraqın təhlükəsizlik qüvvələri sayıqcasına İŞİD terror qrupunun hərəkətləri ilə tam şəkildə mübarizə ardıncadırlar.
Heydər Əlibadi 2017-ci ilin 9 iyulunda azad olunmuş Mosul şəhərinə daxil olaraq, rəsmən 37 aydan sonra İŞİD terror qrupu üzərində qələbəni elan etdi.
Mosulun azad edilməsi əməliyyatı 2016-cı il oktyabrın 17-dən başlanmışdı. Bu şəhərin şərq hissəsi 2017-ci ilin 24 yanvarında İŞİD terrorçularının işğalından çıxarıldı və onun qərb hissəsinin azad edilməsi əməliyyatı da fevralın 19-da başlandı.