İrlandiya səfiri sionist rejim XİN-ə çağırıldı
https://azeri.sahartv.ir/news/qərbi_asia-i317334-İrlandiya_səfiri_sionist_rejim_xİn_ə_çağırıldı
İrlandiyanın işğal olunmuş ərazilərdəki səfiri bu ölkə parlamentinin sionist rejimlə ticarət qadağası layihəsini təsdiqləməsindən bir gün sonra İsrail rejimi Xarici İşlər Nazirliyinə çağırtdırılıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 12, 2018 12:28 Asia/Baku
  • İrlandiya səfiri sionist rejim XİN-ə çağırıldı

İrlandiyanın işğal olunmuş ərazilərdəki səfiri bu ölkə parlamentinin sionist rejimlə ticarət qadağası layihəsini təsdiqləməsindən bir gün sonra İsrail rejimi Xarici İşlər Nazirliyinə çağırtdırılıb.

Fars Xəbər Agentliyinin məlumatına görə, İrlandiyanın işğal olunmuş ərazilərdəki səfiri Alison Kelli sionist rejim Xarici İşlər Nazirliyinə çağırtdırıldıqdan sonra Yerusəlim Post qəzetinə müsahibədə deyib: İşğal olunmuş ərazilərdə qəsəbələrin salınmasının davam etməsi, sionistlərin Qəzzə zolağındakı hərəkətləri İrlandiya Senatının İsrail məhsullarına qadağa qanununu təsdiq etməsinin səbəbidir.

Ötən gün İrlandiya Senatı sionist qəsəbələrdə istehsal olunan məhsulların idxalının qadağan olunması layihəsinin lehinə səs verdi. Bu qərar sionistlərin hiddətlənməsinə gətirib çıxarıb.

İrlandiya Senatının təsdiqlədiyi layihəyə əsasən, işğal olunmuş ərazilərdə qeyri-qanuni qəsəbələr və bu bölgələrlə ticarəti dəstəkləmək qadağandır.