İtaliya NATO-nun büdcəsinin artırılmasına qarşı çıxdı
İtaliyanın baş naziri Şimali Atlantika Alyansı NATO-nun büdcəsinin artırılmasına qarşı çıxıb.
İRNA-nın məlumatına görə, İtaliyanın baş naziri Curye Konte cümə axşamı Brüsseldə NATO-nun sammitindən sonra, ABŞ prezidenti Donald Trampın üzv ölkələrin NATO-nun büdcəsinin artırılması ilə razılaşmalarına dair iddiasına reaksiya olaraq, İtaliyanın NATO üçün əlavə pul xərcləməyəcəyini deyib.
İtaliyanın baş naziri əlavə edib: Roma NATO-ya yardım çərçivəsində üzərinə götürdüyü öhdəlikləri dəyişməyib və hansısa əlavə xərcə malik olmayacaq.
Fransa prezidenti Emanuel Makron da Trampın NAT0 ölkələrinin bu alyansın büdcəsinin artırılmasına dair razılığın əldə olunması barədə səsləndirdiyi fikirləri rədd edib.
ABŞ prezidenti NATO ölkələrinin onun istəyi əsasında bu hərbi alyansın büdcəsinin artırılması məsələsi ilə razılaşdıqlarını iddia edib.