Təl-Əvivdə "Yəhudi Ölkəsi" layihəsinə etiraz olaraq aksiya keçirilib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i317599-təl_Əvivdə_yəhudi_Ölkəsi_layihəsinə_etiraz_olaraq_aksiya_keçirilib
Təl-Əviv sakinləri İsrail Knessetinin "Yəhudi Ölkəsi" layihəsinə etiraz olaraq aksiya keçiriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 15, 2018 09:08 Asia/Baku
  • Təl-Əvivdə
    Təl-Əvivdə "Yəhudi Ölkəsi" layihəsinə etiraz olaraq aksiya keçirilib

Təl-Əviv sakinləri İsrail Knessetinin "Yəhudi Ölkəsi" layihəsinə etiraz olaraq aksiya keçiriblər.

İRNA-nın verdiyi məlumata görə, Təl-Əvivdə keçirilən bu aksiyada "yəhudi ölkəsi" layihəsi irqçi bir layihə adlandırılıb.

Həmçinin, Amerika yəhdiləri cəmiyyətləri də bu layihəyə etiraz olaraq, onun İsrail Knessetinidə təsdiq olunmamasını istəyiblər.

"Yəhudi Ölkəsi" layihəsi işğal edilmiş Fələstin torpaqlarını sadəcə yəhudilərə məxsus olan bir ölkə elan edərək, Qüdsü onun paytaxtı olaraq tanıyır. Bu layihədə Yəhdi Ölkəsinin rəsmi dili də İvrit dili elan edilir.

"Yəhudi ölkəsi" layihəsi barədə bazar ertəsi günü Knessetdə səsvermə keçirilməlidir.