İyul 15, 2018 21:40 Asia/Baku
  • Suriya ordusu Qüneytərənin ətrafına hücum edib
    Suriya ordusu Qüneytərənin ətrafına hücum edib

Suriya ordusu bu gün səhər Qüneytərə vilayətinə olan hücumlarının davamında bu vilayətin ətraf qəsəbələrindən birinə nəzarəti ələ keçirib.

İSNA xəbər agentliyinin verdiyi məlumata görə, Suriya İnsan Haqları Gözətçisi Təşkilatının sədri Rami Əbdürrəhman deyib: Suriya ordusu və müttəfiq qüvvələr Qneytərənin ətraf məntəqələrinə qarşı ağır hücumlara başlayıblar və hazırda güclü döyüşlər gedir.

Daxil olan məlumata görə, Suriya ordusu Qüneytərə vilayətində yerləşən Məshərə qəsəbəsinə nəzarəti ələ keçiriblər. Qüneytərə vilayəti sionist rejimin işğalı altında olan Cövlan yüksəklikləri ilə sərhəd məntəqədə yerləşir.

Bir başqa məlumata görə, İŞİD terror qruplaşması Suriyanın şərqində  yerləşən Seyhan neft yatağını ələ keçirib. Bu neft yatağı daha öncə kürd yaraqlılarının nəzarəti altında idi. Seyhan neft y atağı Suriyanın Deyrəzzur vilayətində və Suriyanın ən iri neft yatağı sayılan Ömər neft yatağının yaxınlığında yerləşir. ABŞ-ın Suriyadakı ən mühüm hərbi bazaları Ömər neft yatağının ətrafındadır.

Teqlər