İyul 18, 2018 10:20 Asia/Baku
  • Nablosda fələstinlilər aksiya keçiriblər
    Nablosda fələstinlilər aksiya keçiriblər

Dünən minlərlə fələstinli İordan çayının qərb sahilində Nablosda "Əsrin sazişi" adlı amerikan layihəyə qarşı aksiya keçirib.

Əsrin sazişi adlı amerikan layihəyə görə Qüds sionist rejimə verilir və fələstinli didərginlərin öz doğma yurd-yuvalarına qayıtmaq haqları olmayacaq, Fələstin sadəcə İordan çayının qərb sahili və Qəzzə zolağıdan qalan ərazilərə nəzarət edəcək. 

Fələstin informasiya mərkəzinin verdiyi məlumata görə, Aksiya iştirakçıları Fələstin amallarını məhv etmək istiqamətində gedən səyləri pisləyən plakatlar və Fələstin bayraqlarını daşıyaraq fələstinli rəsmilərin əsrin sazişi adlı plana qarşı mövqelərini dəstəkləyiblər. 

Digər tərəfdən Fələstinin Xarici İşlər Nazirliyi sionist qəsəbə sakinlərinin fələstinlilərə qarşı ardıcıl təcavüzlərinin durdurulması üçün beynəlxalq mövqelərin vacibliyini, beynəlxalq ictimaiyyətin Fələstin xalqına dəstəyini vurğulayaraq BMT-nin qəsəbə inşası ilə əlaqədar qətnamələrinin icra edilməsini istəyiblər. 

Fələstin XİN bildirib ki, sionist rejim ordusu və qəsəbə sakinləri ABŞ-ın bu rejimi və onun əməllərini korkoranə himayə etməsindən su-istifadə edirlər. 

Sionist qəsəbə sakinləri dünən İordan çayının qərb sahilində fələstinlilərin əkin sahələrinin bir hissəsini yandırıblar. 

Teqlər