İsrail rejimi fələstinli şəhidlərin cənazəsini girov saxlayır
İsrail rejimi fələstinli şəhidlərin cəsədlərini girov götürmək və onları ailələrinə təhvil verməkdən imtina etməklə fələstinliləri kütləvi şəkildə cəzalandırmağa çalışır. Dünya isə bu cinayətə göz yumur.
250 fələstinli şəhidin cənazəsi on illərdir ki, işğalçı rejim tərəfindən girov saxlanılır. Qüds intifazəsində şəhid olan 25 fələstinli şəhidin cənazəsini də bu rəqəmə əlavə etmək lazımdır. İşğalçı rejim bu fələstinli şəhidlərin ailələrini öz övladlarının cənazəsini dəfn etmək haqqından məhrum edib.
“Biz övladlarımızın cənazəsini istəyirik. Uzun müddətdir ki, onların cəsədləri morqda saxlanılır. Xeyli vaxtdır intizardayıq. Fələstin Özünüidarə Hökuməti bu məsələnin həllini özünün iş gündəminə daxil etməlidir.”
Şəhidlərin cənazəsinin girov götürülməsi bütün beynəlxalq qaydalara ziddir. Sionistlərin məqsədi fələstinliləri qorxutmaq və onları müqavimətdən əl çəkməyə məcbur etməkdir. Fələstinli şəhidlərin cənazələri adsız qəbirlərdə dəfn edilir və ya morqlarda saxlanılır.
“İşğalçıların şəhidlərimizin cənazələrini morqda saxlamağa haqları yoxdur. Bu beynəlxalq bir cinayətdir. Nə üçün onları təhvil vermək istəmirlər. Biz şəhidlərimizin cənnətdə, Allahlarının yanında olduqlarını bilirik. Şəhidlərimizlə vidalaşmaq bizim haqqımızdır.”