İyul 20, 2018 09:08 Asia/Baku
  • Yəmən Ənsarullahı: Aramko şirkətinin bombalanması uğurlu və xüsusi təcrübədir
    Yəmən Ənsarullahı: Aramko şirkətinin bombalanması uğurlu və xüsusi təcrübədir

Yəmən Ənsarullahı Hərəkatının sözçüsü cümə axşamı günü bu ölkə ordusu və xalq komitələri qüvvələrinin Pilotsuz Uçan Aparatlarla Ər-Riyad şəhərində Ərəbistanın Milli Neft Şirkəti Aramkonu bombalamasını uğurlu təcrübə adlandırıb.

İRNA-nın məlumatına görə, Məhəmməd Əbdüssalam Twitter-də yazıb: Ər-Riyad şəhərində Ərəbistanın Milli Neft Şİrkətinin Səmad 2 Pilotsuz Uçan Aparat vasitəsi ilə bombalanması uğurlu və xüssui təcrübədir. 

Yəmən ordusu və xalq komitələri qüvvələrinin Pilotsuz Uçan Aparatlar bölməsi çərşənbə günü uzaqmənzilli yerli Səmad 2 Pilotsuz Uçan Aparat vasitəsi ilə Ər-Riyad şəhərində Aramko şirkətinin neftayırma zavodunu atəşə tutub. 

Bundan öncə Yəmən ordusunun sözçüsü Şərəf Loğman bildirmişdi ki, Yəmənə təcavüz və mühasirə şəraiti davam etdiyi zamana qədər təcavüzkarların iqtisadi obyektləri və hərbi mövqeləri Yəmən raketlərinin hədəfində olacaq. 

Səudiyyə Ərəbistanı tərəfindən Yəmənin hərtərəfli mühasirəyə alınmasına rəğmən Yəmən ordusu və xalq komitələri qüvvələrinin müdafiə qüdrəti gün-gündən artmaqdadır. 

Teqlər