Suriyada bir məktəb ABŞ tərəfindən dəhşətli həbsxanaya çevrilib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i318138-suriyada_bir_məktəb_abŞ_tərəfindən_dəhşətli_həbsxanaya_çevrilib
Türkiyənin Anadolu İnformasiya Agentliyi ötən gecə bir məlumatda bildirib ki, ABŞ qüvvələri Suriyanın şimalında Riqqə şəhərində bir məktəbin binasını dəhşətli böyük həbsxanaya çeviriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 22, 2018 03:57 Asia/Baku
  • Suriyada bir məktəb ABŞ tərəfindən dəhşətli həbsxanaya çevrilib

Türkiyənin Anadolu İnformasiya Agentliyi ötən gecə bir məlumatda bildirib ki, ABŞ qüvvələri Suriyanın şimalında Riqqə şəhərində bir məktəbin binasını dəhşətli böyük həbsxanaya çeviriblər.

İRNA-nın məlumatına görə, Anadolu İnformasiya Agentliyi əlavə edib: Riqqənin şimalında Eyni İsa qəsəbəsində köhnə bir məktəbin binası böyük həbsxanaya çevrilib və minlərlə məhbusu vardır. 

Anadolu əlavə edib: Bu həbsxananın bütün məmurları amerikalılardır və tam gizli şəkildə işləyirlər. 

Amerika qüvvələri təxminən 30 min kvardart ərazisi olan bu həbsxananı quraşdırılmış kameralarla idarə edirlər. 

Riqqə vilayətinin eyniadlı şəhəri 2013-cü ildən İŞİD-in işğalında idi, 2017-ci il 17 oktyabrda tam şəkildə İŞİD-in işğalından azad edildi və ABŞ-ın dəstəyinə malik Suriya Demokratik Qüvvələrinin nəzarətinə keçdi. 

Suriyada böhran 2011-ci ildən region proseslərini sionist rejimin xeyrinə dəyişmək məqsədilə Səudiyyə Ərəbistanı, ABŞ və müttəfiqlərinin dəstəklədikləri terror qruplarının irimiqyaslı hücumları ilə başlanıb.