Fələstin Özünüidarə Təşkilatının təhlükəsizlik məmurları qərb sahilində fələstinli etirazçılara hücum ediblər
Fələstin Özünüidarə Təşkilatının təhlükəsizlik məmurları "Qəzzəyə cəzaları ləğv edin" yürüşündə iştirak edən fələstinlilərə hücum ediblər.
Fələstin İnformasiya Mərkəzinin məlumatına görə, Fələstin Özünüidarə Təşkilatının xüsusi təhlükəsizlik məmurları şənbə günü günortadan sonra İordan çayının qərb sahilində Ramullahda Fələstin Azadlığı Uğrunda Təşkilatın binasına gedən yolda yoxlama keçidi yaradaraq yolu bağlayıb və fələstinli etirazçıların bu məkana çatmasına mane olublar.
Ramullahda "Qəzzəyə cəzaları ləğv edin" hərəkatının dəvətinə əsasən keçirilən yürüşdə onlarla fələstinli şüarlar verib, Qəzzə zolağına qarşı cəzalara etiraz əlaməti olaraq plakatlar daşıyıb və SAF-ın qərargahına doğru hərəkət etmək istəyiblər. Lakin Fələstin Özünüidarə Təşkilatının məmurları onlara mane olublar.