İyul 29, 2018 13:07 Asia/Baku
  • Təl-Əvivdə
    Təl-Əvivdə "Yəhud Dövləti" qanunu əleyhinə aksiya keçirilib

İsrail Knessetində irqçi "Yəhud Dövləti" qanunun ratifikasiya edilməsindən 10 gün keçir. Amma, bir faşist və rasist qərara qarşı etirazlar davam edir.

Əl-Aləm kanalının verdiyi məlumata görə, Təl-Əviv sakinlərindən yüzlərlə nəfər şənbə günü axşam İsrail Knessetində "Yəhud Dövləti" adlı irqçi qanunun qəbul olunmasına etiraz məqsədilə aksiya keçirib.

İşğal edilmiş Fələstin ərazilərində yaşayan fələstinli dəruzi cəmiyyətinin də iştirak etdiyi bu aksiyada "Bura hamımızın evidir" şarı verərək, yeni qəbul edilən qanunun irqçi və rasist qanun olmaqla yanaşı qeyri-zəururi və təfriqə xarakerli adlandırıblar.

İsrailin 10-cu telekanalı isə bildirib: İsrail Knessetinin ərəb üzvü Zəhir Bəhlül "Yəhud Dəvləti" qanuna etiraz olaraq istefa verib.

Zəhir Bəhlül bir daha Knessetə qayıtmayacağını bildirib və deyib: İrqçi və ifratçı Knessetin legitimliyi yoxdur. Və hazırkı Knesset demokratiya və ərəb azlığına qarşıdır.

İsrail Knesseti 19 iyul tarixində "Yəhud Dövləti" adlı qanun qəbul edib. Bu qanun Fələstin torpaqlarının sadəcə yəhudilərə məxsus olduğunu elan  edərək, digər milli və etnik azlıqların heç bir vətəndaşlıq hüququna malik olmadıqlarını vurğulayır.

Teqlər