Avq 01, 2018 21:33 Asia/Baku
  • AB Qüdsdə fələstinlilərin mənzillərinin dağıdılmasını qınadı
    AB Qüdsdə fələstinlilərin mənzillərinin dağıdılmasını qınadı

Avropa Birliyinin Qüds və Ramullahdakı nümayəndəlikləri sionist rejim tərəfindən işğal olunan Qüdsdə fələstinlilərin mənzillərinin müsadirə olunması və dağıdılmasını pisləyiblər.

Fələstin İnformasiya Mərkəzinin məlumatına görə, Avropa Birliyinin Qüds və Ramullahdakı nümayəndəlikləri fələstinlilərin ərazilərinin müsadirə olunması və işğal olunmuş Qüdsün ətrafında qadınlara aid mərkəz və bir uşaq bağçasının dağıdılmasından nigaranlıq edərək tez bir zamanda onların bərpa edilməsini istəyiblər. Bu nümayəndəliklər işğal olunmuş Fələstin ərazilərində sionist rejimin qəsəbə salma siyasəti və fələstinlilərin ərazi və evlərinin müsadirə olunması və dağıdılmasına qarşı Avropa Birliyinin dəyişməz mövqeyini vurğulayıblar. 

Başqa bir məlumata görə, Haarets qəzeti bir məqalədə bildirib: Sionist rejim cari ilin əvvəlindən qeyri-insani hərəkətdə 769 fələstinli xəstənin müalicə olunmaq üçün Qəzzə zolağından çıxmasına mane olub. Bu qeyri-insani hərəkətin səbəbi bu şəxslərin müqavimət fəalları və döyüşçüləri ilə qohum olmasıdır. 

Həmçinin sionist rejim hərbçiləri bu gün səhər İordan çayının qərb sahilinə basqın edərək 9 fələstinli, o cümlədən bir jurnalisti saxlayıblar. 

Sionist rejim hərbçiləri bazar ertəsi günü İordan çayının qərb sahilinin müxtəlif bölgələrinə hücum edərək 20-dən çox fələstinli, o cümlədən Qüds televiziyasının 4 jurnalistini saxlamışdı. 

Fələstinli Jurnalistlərə Dəstək Komitəsinin bildirdiyinə görə, onlarla fələstinli jurnalist sionist rejim həbsxanalarında dustaqdırlar. Sionist rejim öz cinayətlərini ört-basdır etmək üçün fələstinli jurnalistləri həbs edir. 

Teqlər