Avq 25, 2018 09:49 Asia/Baku
  • Səudiyyə rəbistanı ARAMKO-nu xilas etmək üçün beynəlxalq banklara yalvarır
    Səudiyyə rəbistanı ARAMKO-nu xilas etmək üçün beynəlxalq banklara yalvarır

Səudiyyə Ərəbistanı ARAMKO-nu xilas etmək üçün və bu şirkətin səhmlərinin satışının dayandırılmasının ardınca kredit almaq üçün beynəlxalq banklara yalvarır.

Səudiyyə rejimi təhlükəsizlik nigarançılıqları üzündən 22 avqustdan etibarən bu ölkənin milli neft şirkətinin(ARAMKO) səhmlərinin satışını dayandırıb. 

İRNA-nın verdiyi məlumata görə, Faynenşl Tayms qəzeti bildirib ki, ARAMKO səhm satışını dayandırdıqdan sonra Krallıq Fondu(mərkəzi bank) Beynəlxalq Valyuta Fondundan 11 milyard dollarlıq kredit almağı planlaşdırır. 

Ərrəyad ARAMKO-nun səhmlərinin satışını dayandırmaqdan əlavə bu prossesin maliyyə müşavirlərini də qovub. 

Səudiyyə Ərəbistanının hərbi xərcləri xüsusiylə Yəmən xalqına qarşı müharibə yaranmış böhranda təsirli olmuşdur.

Səudiyyə koalissiyasının müharibəsi Səudiyyə və BƏƏ üçün ağır xərclərə səbəb olub və ekspertlərə görə, müharibənin hər günü Ərrəyad dövləti üçün 200 milyon xərc deməkdir. 

Teqlər