Sen 02, 2018 11:53 Asia/Baku
  • Britaniya terrorçulara yardım edib
    Britaniya terrorçulara yardım edib

Suriyanın xarici işlər naziri Britaniyanın kimyəvi maddələrdən ibarət anbarları, Ağ papaqlılar adlanan qrupun nəzarətində olan İdlib vilayətindəki bəzi bölgələrə daşınmasında Cəbhətünnüsrə terrorçularına kəşfiyyat xidmətləri göstərməsindən xəbər verib.

İRİB-in verdiyi məlumata görə, Vəlid Əl-Müəllim dünən deyib: Terrorçuların planı İdlibə hücum ilə eyni zamanda bu silahlardan sakinlərə qarşı istifadə etmək və Suriya dövlətini bu kimyəvi hücumda ittihamlandırmaqdan ibarət olub. 

Suriyanın xarici işlər naziri Amerikanın İŞİD və Cəbhətünnüsrə terror qruplarını dəstəklədiyinə dair faktların mövcud olduğunu vurğulayaraq deyib: Bu hücumlarda məqsəd Amerika başda olmaqla Suriyada qeyri-qanuni fəaliyyətə malik olan qərb dövlətlərinin məqsədlərini təmin etməkdən ibarətdir. 

Vəlid Əl-Müəllim uydurma kimyəvi hücumun İŞİD-ə qarşı dırnaq arası koalissiyanın Suriyaya hücumuna bir bəhanə adlandırıb və rəsmi Dəməşqin İdlibi terrorçulardan təmizləməkdə tam əzmkar olduğunu vurğulayıb. 

Teqlər