Ryabkov: Suriyada vəziyyət İdlib məsələsi həll olunmayanadək adiləşməyəcək
Sen 05, 2018 22:10 Asia/Baku
Rusiya xarici işlər nazirinin müavini deyib: Suriyada durum İdlib məsələsi həll olunmadan adiləşə bilməz.
Röytersin verdiyi məlumata görə, Rusiya XİN rəhbərinin müavini Sergey Ryabkov bu gün İdlib əməliyyatı barədə deyib: Rusiyanın tədbirləri məqsədyönlüdür və İdlibdə durum hələ də beynəlxalq təmasların mövzusu olaraq nigaran edicidir.
Sergey Ryabkov deyib: Suriyadakı vəziyyət Sergey Lavrovun ABŞ dövlət katibi Mayk Pompeo ilə gözlənilən görüşündə müzakirə ediləcək.
Rusiyanın Müdafiə Nazirliyi bildirib ki, dünən Rusiya təyyarələri İdlibdə Cəbhətünnüsrə terror qrupunun mövqelərini hədəfə alıblar və kəndlər və şəhərlərə ziyan dəyməyib.