Ərəb Liqası Fələstin Azadlıq Təşkilatının Vaşinqton ofisinin ABŞ tərəfindən bağlanılmasını qınadı
https://azeri.sahartv.ir/news/qərbi_asia-i322435-Ərəb_liqası_fələstin_azadlıq_təşkilatının_vaşinqton_ofisinin_abŞ_tərəfindən_bağlanılmasını_qınadı
Ərəb Liqasının baş katibi ABŞ-ın Fələstin Azadlıq Təşkilatının Vaşinqtondakı ofisini bağlamasını qınayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 11, 2018 16:58 Asia/Baku
  • Ərəb Liqası Fələstin Azadlıq Təşkilatının Vaşinqton ofisinin ABŞ tərəfindən bağlanılmasını qınadı
    Ərəb Liqası Fələstin Azadlıq Təşkilatının Vaşinqton ofisinin ABŞ tərəfindən bağlanılmasını qınadı

Ərəb Liqasının baş katibi ABŞ-ın Fələstin Azadlıq Təşkilatının Vaşinqtondakı ofisini bağlamasını qınayıb.

İRİB-nin verdiyi məlumata görə, Ərəb Liqasının baş katibi Əhməd Əbülqeyz çərşənbə axşamı bir bəyanat yayaraq, Fələstin Azadlıq Təşkilatının Vaşinqtondakı ofisinin bağlanılmasını qınayıb və bu addımı ABŞ-ın Fələstin xalqına qarşı siyasətlərinin davamı adlandırıb. 

Bu bəyanatda deyilir: ABŞ hökuməti Qüdsü İsrailin paytaxtı olaraq tanıdığı və öz səfirliyini Təl-Əvivdən Qüdsə köçürdüyü zamandan tam formada İsrailin fələstinlilərə qarşı cinayətlərini dəstəkləyir.