Əmirlik başçıları avropalılarla silah sövdələşmələrində rüşvətxorluq edirlər
Bir alman nəşri əmirlik başçılarının avropalılarla silah sövdələşmələrindəki korrupsiya və rüşvətxorluqlarının gizli cəhətlərini ifşa edibdir.
Şpigel həftəliyi dünən bir reportajda ifşa edibdir ki, "AMX-56 Leklerk" tanklarının əmirliklərə satışı üçün silah sövdələşmələri üzrə bir dəllal təqribən 200 milyon dollar alaraq, bu ölkə başçılarına rüşvətin ödənilməsi üçün müəyyən miqdarda məbləğ xərcləyibdir.
Şpigel bildiribdir ki, alman motoruna malik olan və Qiant fransız şirkəti tərəfindən düzəldilmiş bu tanklar ilk dəfə 2015-ci ilin avqustunda Yəmən savaşında işlədilib və Yəmənin Air Ələnd hava bazasında yerləşibdir.
Bu reportaja əsasən, Əbu-Dəbi 436 ədəd "Leklerk" tankını və digər zirehli təchizatları satın almaq üçün üç milyard dollardan çox pul xərcləyibdir.
Şpigel yazıb: Bu silah sövdələşməsinin miqyası çox genişdir və onda əmirlik təbəələrindən olan Abbas İbrahim Yusif əl-Yusifin adı görünür.
Şpigel bildirib: Əmirlik elə bir savaşda iştirak edir ki, onda minlərlə mülki yəmənli səudiyyənin başçılığı altında olan ərəb koalisiyasının hücumları nəticəsində öldürülübdür.