Okt 18, 2018 09:50 Asia/Baku
  • "Dəmir Qübbə" fələstinlilərin raketləri qarşısında acizdir

Debka informasiya portalı yazır: İsrailin "Dəmir Qübbə" raket əleyhinə müdafiə sistemi fələstinlilərin raketləri qarşısında aciz qalıb.

İRNA-nın məlumatına görə, İsrailin "Mossad" casusluq təşkilatının tabeliyində olan Debka informasiya portalı "Dəmir Qübbə"nin yararsız olduğuna işarə edərək, yazıb: "Dəmir Qübbə"nin İsrailə heç bir faydası olmayıb. Fələstin İslami Müqavimət Hərəkatının (Həmas) raketləri qarşısında aciz qalan "Dəmir Qübbə" İsrail ordusunun zəif cəhətlərini üzə çıxardıb.

Debka işğal edilmiş ərazilərin cənubunda yerləşən Ber Əl-Səbi məntəqəsinin Qəzzədən atılan raketlərin hədəfinə çevrilməsinə işarə edərək, yazıb: İsrailin kəşfiyyat orqanları hətta, Qəzzədə belə bir raketlərin var olduğundan belə xəbərsiz imişlər. 

İsrail mediaları çərşənbə günü səhər işğal edilmiş ərazilərin cənubunda yerləşən Ber Əl-Səbi məntəqəsinin müqavimət qüvvələrinin raket hücumuna məruz qalmasından xəbər veriblər. 

Aviasiya və kosmonavtika mühəndisi və "İsrailin Təhlükəsizliyi" mükafatının qalibi olan Muti Şefer deyir: "Dəmir Qübbə" regionun üzləşdiyi ən böyük yalandır. İsrail ordusu bu raket sistemini reklam etməklə, onun üçün digər ölkələrdə müştərilər tapmaq və milyardlarla dollar gəlir əldə etmək istəyir. Halbuki, "Dəmir Qübbə" səs və işıq effektlərinə malik olan tamaşadan başqa bir şey deyil və fələstinlilərin atdıqları raketləri izləyə bilmir. 

Teqlər