Okt 19, 2018 13:17 Asia/Baku
  • Ərəbistan hərbçiləri şiə sakinli Qətif şəhərinə hücum ediblər
    Ərəbistan hərbçiləri şiə sakinli Qətif şəhərinə hücum ediblər

Ərəbistan ordusu ölkənin şərqində, Şərqiyyə vilayətində yerləşən şiə sakinli Qətif şəhərini zirehli avtomobillər və hərbi maşınlarla mühasirəyə alıblar.

Əl-Aləm kanalının bildirdiyinə görə, Ərəbistan hərbçiləri cümə axşamı zirehli texnika və tanklar ilə Qətif şəhərinin bəzi məntəqələrini atəşə tutublar. Həmçinin, Əl-Xəmis bazarına gedən yolu və Əl-Cərari və Əl-Mədəni məntəqələrinin girişlərini bağlayıblar. 

Sosial şəbəkələrdə aktiv olan Ərəbistanlılar "Qətif Şiələrinə Qarşı Savaş" həştəgi başladaraq, Ərəbistan hərbçilərinin ötən iki gündə Qətif şəhərinə olan hücumlarında törətdikləri cinayətlərə dair videolar paylaşıblar. 

Bəzi sosial şəbəkə istifadəçilərinin bildirdiklərinə görə, Ərəbistan hərbçiləri Qətif şəhərinin bəzi məntəqələrinə elektrik enerjisinin verilməsini dayandırıblar. Və təcili yardım maşınlarının bu məntəqələrə girməsinə icazə vermirlər. 

Livanın Əl-Məyadin informasiya kanalının bildirdiyinə görə, Ərəbistan hərbçilərinin Qətif şəhərinə hücum etməsi ilə şəhərdə güllə və partlayış səsləri eşidilib. Bu məlumata görə, Babül-Şimal məhəlləsində bir yaşayış binası yanğına məruz qalıb. 

Qətif şəhəri davamlı olaraq Ərəbistan hərbçilərinin hücumuna məruz qalır. İndiyə kimi Qətif şəhərində onlarla nəfər öldürülüb, yüzlərlə ictimai fəal isə həbs olunub. 

Ərəbistan 2011-ci ildən ictimai ədalətsizliyə və şiələrə qarşı ayrı-seçkilik siyasətinə görə etirazların şahididir. 

Teqlər