Sionistlər Qəzzədə fələstinli balıqçılara hücum ediblər
-
Sionistlər Qəzzədə fələstinli balıqçılara hücum ediblər
Sionist rejim hərbçiləri Qəzzə zolağının şimal sahilində fələstinli balıqçılara hücum ediblər.
Fələstinli balıqçılar birliyinin sədri Nəzar Əyyaş bu gün deyib: Sionist rejimin dəniz qüvvələri fələstinlilərə basqın etdikdən sonra qanuni hüdudlarda, yəni sahilin üç milliyində balıq tutmaqla məşğul olan iki balıqçını həbs edərək, onların qayıqlarını müsadirə ediblər.
Belə bir halda, "Mizan" insan haqları mərkəzi bir hesabatda sionist rejim ordusunun cari ilin əvvəlindən bəri Qəzzə sularında fələstinli balıqçılara qarşı 232 təcavüz halının qeydə alınmasına toxunaraq, bildirib ki, bu rejim cari ilin əvvəlindən bəri 39 fələstinli balıqçını həbs edibdir.
Sionist rejim 2014-cü ildə atəşkəs razılaşmasının imzalanmasından bəri daim onu pozur və bu rejimin hərbi qayıqları gündəlik şəkildə Qəzzə zolağının sahillərində fələstinli balıqçıları hədəfə alırlar.