Noy 26, 2018 19:08 Asia/Baku
  • Cibhətunnusrə terrorçular arasında 50 kimyəvi raket paylayıb
    Cibhətunnusrə terrorçular arasında 50 kimyəvi raket paylayıb

Cibhətunnusrə terror qrupunun ünsürləri bu gün səhər tezdən əlli kimyəvi raketi bir yerdən başqa yerə köçürüblər.

Terrorçular dünən gecə Suriyanın Hələb vilayətində mülkilərə qarşı zəhərli qazlar işlədiblər ki, bu da yüzdən çox mülkinin bədən xəsarəti almasına gətirib çıxarıbdır.

Fransalı hərbçilərin, başlıqlarında xlor qazı kimi kimyəvi maddələr yerləşdirdikləri raketlər Cibhətunnusrə terror qrupunun ünsürləri tərəfindən Suriyanın şimalında terrorçuların işğalı altında olan müxtəlif cəbhələrdə paylanıbdır.

Bu raketlər İdlib şəhərinin mərkəzi zindanının yaxınlığında yerləşən əl-Nusrə qərargahlarından birində imiş və bu məntəqədən köçürüldükdən sonra beş mərhələdə İdilibdə, Həmahda və bir neçə digər məntəqədə paylanıbdır.

Rusiya müdafiə nazirliyinin sözçüsü İqor Konaşenkov bundan öncə bildirmişdi ki, Rusiyanın təhlükəsizlik xidməti Suriyada, "silah olmayan" məntəqədə terrorçuların bir daha Suriyada kimyəvi hücum həyata keçirmək niyyətində olduqlarını sübut edən bəzi halları aşkar edibdir.

İnformasiya mənbələri bundan qabaq bildirmişdilər ki, ABŞ və İngiltərənin nəzarəti altında fəaliyyət göstərən "ağpapaqlılar" Cibhətunnusrə-nin İdlibdəki anbarlarından beş bağlama zəhərli kimyəvi maddə çıxararaq, fransalı ekspertlərə təhvil veriblər.

Teqlər