Sionist hərbçilər əl-Quds universitetinə basqın ediblər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i330210-sionist_hərbçilər_əl_quds_universitetinə_basqın_ediblər
Sionist hərbçilər işğal olunmuş Qüdsün Əbu-Dis qəsəbəsində yerləşən əl-Quds universitetinin ərazisinə soxulublar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 14, 2018 10:39 Asia/Baku
  • Sionist hərbçilər əl-Quds universitetinə basqın ediblər
    Sionist hərbçilər əl-Quds universitetinə basqın ediblər

Sionist hərbçilər işğal olunmuş Qüdsün Əbu-Dis qəsəbəsində yerləşən əl-Quds universitetinin ərazisinə soxulublar.

Sionist hərbçilər bu hücumda universitetin ləvazimatlarını dağıdaraq, bu universitetin kameralarında qeydə alınmış təsvirləri müsadirə ediblər.

İşğalçı hərbçilər həmçinin bu hücuma etiraz edən fələstinli tələbələri dağıtmaq üçün rezin güllələrdən və gözyaşardıcı qazdan istifadə ediblər. Bəzi tələbələr gözyaşardıcı qazla tənəffüs nəticəsində boğuntu vəziyyətinə düşüblər.

Sionist hərbçilər qərb sahilinə hücum edərək, 35 fələstinlini, o sıradan Fələstin İslami Müqavimət Hərəkatı-Həmas-ın Yasir Mənsur və İsmail əl-Təl adlı iki üzvünü ittihamı bildirilmədən həbs ediblər.