Dek 16, 2018 19:00 Asia/Baku
  • İraq ordsunun Suriyada İŞİD-ə qarşı uğurlu əməliyyatı
    İraq ordsunun Suriyada İŞİD-ə qarşı uğurlu əməliyyatı

İraq ordusunun hava qüvvələri Suriyanın Deyrəzzur vilayətində yerləşən Susə məntəqəsində İŞİD terrorçularının toplaşdığı məkanı hədəfə alaraq, bir qrup terrorçunu məhv edib.

Mehr informasiya agentliyinin verdiyi məlumata görə, İraqın kəşfiyyat və terrorizm ilə mübarizə idarəsinin rəisi Əbu Əli Bəsri İŞİD terrorçularının İraq ərazisinə daxil olmaq niyyətində olduqlarını bildirib və deyib: Öldürülən terrorçular arasında İŞİD-in müharibə naziri İnad Hərəm Məhəmmədi və İŞİD-in lideri Əbubəkr Əl-Bağdadinin müavini Səccad əli Hüseyn Hüsnavi də olub.

Bundan öncə də İraq ordusunun hava qüvvələri Dəməşq ilə ahəngdarlaşdırılmış qaydada Suriyada İŞİD əleyhinə müxtəlif əməliyyatlar həyata keçirərək, terrorçulara ağır zərbələr endirib.

İŞİD-in İraq və Suriyada məğlub olmsına baxmayaraq, bu terror təşkilatının qalıqları pərakəndə şəkildə iki ölkənin sərhəd məntəqələrində təxribatçı hərəkətlərlə məşğuldurlar.

Teqlər