Bir sionist fələstinli gənci idarə etdiyi avtomobil ilə əzib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i330506-bir_sionist_fələstinli_gənci_idarə_etdiyi_avtomobil_ilə_əzib
Bir sionist qəsəbə sakini bazar ertəsi günü axşam Beyt Ləhmin şərqində Mahmud Əvdə Qəzal adlı 19 yaşlı fələstinli gənci idarə etdiyi avtomobil ilə əzib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 18, 2018 09:34 Asia/Baku
  • Bir sionist fələstinli gənci idarə etdiyi avtomobil ilə əzib
    Bir sionist fələstinli gənci idarə etdiyi avtomobil ilə əzib

Bir sionist qəsəbə sakini bazar ertəsi günü axşam Beyt Ləhmin şərqində Mahmud Əvdə Qəzal adlı 19 yaşlı fələstinli gənci idarə etdiyi avtomobil ilə əzib.

Fələstinin MƏA xəbər agentliyinin verdiyi məlumata görə, yerli mənbələr bu fələstinli gəncin Beyt Ləhmin şərqində yerləşən Kisan kəndinin sakini olduğunu bildiriblər. Bu məlumata görə, fələstinli gənc yolu keçərkən, sionist qəsəbə sakini idarə etdiyi avtomobili onun üzərinə sürüb. 

Başqa bir məlumata görə, İsrail məhkəməsi 18 yaşlı fələstinli gənc Əyham Səbahı 3 il öncə Rami Lui məntəqəsində törətdiyi anti-sionist müqavimət əməliyyata görə 35 il azadlıqdan məhrum edib. 

Bu fələstinli gənc 2016-cı ildə soyuq silah ilə Qərb Sahilində bir sionist hərbçini qətlə yetirmiş, daha bir İsrail hərbçisini də yaralamışdı.