Dek 27, 2018 19:10 Asia/Baku
  • Ərəbistan vəliəhdi bir daha şahzadə Xalid bin Təlalı həbs etdi

Ərəbistan vəliəhdi bir daha əmisi oğlu olan şahzadə Xalid bin Təlal bin Əbdüləzizi həbs etdi.

Əl-Qüds Əl-Ərəbi qəzetinin yazdığına görə, Ərəbistan vəliəhdi Məhəmməd bin Salmanın əmisi oğlunun həbs edilməsi əməliyyatı çərşənbə axşamı gecə həyata keçirilib. Bəzi vədlərin verilməsinə baxmayaraq, çərşənbə günü günorta saatlarına kimi Xalid bin Təlalın azadlığa buraxılmasına dair heç bir xəbər yayılmayıb.

Ərəbistan kralı Salman bin Əbdüləziz 2017-ci ilin yanvarında şahzadə Xalidi həbs etmişdi. Ərəbistan kralının siyasətlərinin ciddi tənqidçilərindən olan Xalid 2018-ci ilin noyabrında həbsdən azad edilmişdi.

Xalid bin Təlal Ərəbistan başçılarının təzyiqlərinə rəğmən öz prinsiplərindən vaz keçməyib. Xalid bin Təlal qardaşı Vəlid bin Təlalın həbsə məhkum edilməsi ilə barışmayaraq, daha sorna "Ritz Çarlton" otelində həbs edilən şahzadələrin haqq və hüquqlarını müdafiə edirdi.

Ötən bir ildə xüsusilə Məhəmməd bin Salmanın Ərəbistan vəliəhdi təyin edilməsindən sonra Ərəbistanda onlarla iş adamı, ruhani, şahzadə və din alimi həbs edilib. ABŞ və İsrailin siyasətlərinin icraçısına çevrilən Məhəmməd bin Salman bütün rəqibləri və müxaliflərini repressiya ilə sıradan çıxartmağa çalışır.

Teqlər