Almaniya gələn həftələrdə SPV-nin yekunlaşacağına ümidvar olduğunu bildirib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i332495-almaniya_gələn_həftələrdə_spv_nin_yekunlaşacağına_ümidvar_olduğunu_bildirib
Almaniyanın xarici işlər naziri ümid etdiyini bildiribdir ki. SPV maliyyə mexanizmi qarşıdakı həftələrdə yekunlaşaraq, istifadəyə hazır olacaqdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 15, 2019 15:24 Asia/Baku
  • Almaniya gələn həftələrdə SPV-nin yekunlaşacağına ümidvar olduğunu bildirib
    Almaniya gələn həftələrdə SPV-nin yekunlaşacağına ümidvar olduğunu bildirib

Almaniyanın xarici işlər naziri ümid etdiyini bildiribdir ki. SPV maliyyə mexanizmi qarşıdakı həftələrdə yekunlaşaraq, istifadəyə hazır olacaqdır.

Almaniyanın xarici işlər naziri Hayko Mas "Şpigel" həftəliyi ilə müsahibədə Avropanın ABŞ dövlətinin siyasətləri qarşısındakı reaksiyasına toxunaraq, belə deyibdir: Avropa İranla SPV maliyyə mexanizmini təkmilləşdirmək üçün intensiv şəkildə fəaliyyət göstərir.

Mas əlavə edib: Ümid edirəm ki, bu mexanizmi qarşıdakı həftələrdə yekunlaşdıraq. Biz tam sürətlə onun, bu mexanizmin yerləşəcəyi ölkə kimi yekun detallarının aydınlaşmasına səy göstəririk.

Almaniyanın xarici işlər naziri sonra vurğulayıb: Birtərəflilik ilə mübarizə üçün Avropa mehvərini Amerika qarşısında gücləndirməliyik.