Sionist rejim Suriyadakı müxaliflərə silah köməyi etdiyini etiraf edib
Sionist rejim ordusunun baş qərargah rəisi etiraf edibdir ki, bu rejim Suriya dövlətinin müxaliflərinə silah köməyi edibdir.
Bu gün məsuliyyət dövrü bitən sionist rejim ordusunun baş qərargah rəisi Qadi Eyzenkot deyib ki, bu rejim Suriya müharibəsinə müdaxilə edib və Suriya ilə işğal olunmuş Fələstin sərhədindəki qiyamçı qruplara silah veribdir.
Suriya ötən illərdə sionist rejimin Suriya dövlətinə qarşı çıxan qruplara silah göndərməsi haqda xəbərdarlıq etmiş, amma Təl-Əviv bu mövzu barədə əsla fikir bildirməmiş və yalnız Suriya dövlətinə qarşı çıxan qruplara humanitar yardımlar göstərdiyini bildirmişdi.
"Farin Palisi" amerikan saytı da 2018-ci ilin sentyabrında bildirmişdi ki, sionist rejim Suriyada azı on iki qiyamçı qrupa gizli şəkildə silah və maliyyə köməkləri edibdir.