Pakistanda bir tankerin avtobusla toqquşması hadisəsində onlarla nəfər ölüb və yaralanıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i333000-pakistanda_bir_tankerin_avtobusla_toqquşması_hadisəsində_onlarla_nəfər_ölüb_və_yaralanıb
Pakistanın Bəluçestan əyalətində bir tankerin avtobusla toqquşması hadisəsində 21 nəfər ölüb, 16 nəfər də yaralanıbdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 22, 2019 06:36 Asia/Baku
  • Pakistanda bir tankerin avtobusla toqquşması hadisəsində onlarla nəfər ölüb və yaralanıb
    Pakistanda bir tankerin avtobusla toqquşması hadisəsində onlarla nəfər ölüb və yaralanıb

Pakistanın Bəluçestan əyalətində bir tankerin avtobusla toqquşması hadisəsində 21 nəfər ölüb, 16 nəfər də yaralanıbdır.

Pakistan mediaları dünən axşam bildiriblər ki, qırx sərnişini olan bir avtobus bazar ertəsi günü Kəraçi-Pəncqur istiqamətində hərəkət edərkən dizel yanacağı daşıyan bir tankerlə toqquşub. Nəticədə hər iki avtomobil alovlanıbdır.

Pakistan medialarının bildirdiklərinə görə, bu hadisədə 21 nəfər ölüb, 16 nəfər də bədən xəsarəti alıb. Yaralılardan beş nəfərin vəziyyəti ağırdır.

Pakistanda dar və keyfiyyətsiz şose yolları, avtomobillərin texniki nasazlığı, həmçinin yol hərəkəti qaydalarına diqqətsizlik bu ölkənin şose yollarında qəzaların baş verməsi miqdarının artmasına səbəb olubdur.