Fələstinli əsirlərin sionistlər tərəfindən yatırılmaları pislənibdir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i333014-fələstinli_əsirlərin_sionistlər_tərəfindən_yatırılmaları_pislənibdir
Fələstin islami müqavimət- Həmas və islami cihad hərəkatları sionist rejimin əsirliyində olan fələstinli əsirlərin bu rejim hərbçiləri tərəfindən geniş surətdə yatırılmalarını kəskin tərzdə pisləyiblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 22, 2019 11:33 Asia/Baku
  • Fələstinli əsirlərin sionistlər tərəfindən yatırılmaları pislənibdir
    Fələstinli əsirlərin sionistlər tərəfindən yatırılmaları pislənibdir

Fələstin islami müqavimət- Həmas və islami cihad hərəkatları sionist rejimin əsirliyində olan fələstinli əsirlərin bu rejim hərbçiləri tərəfindən geniş surətdə yatırılmalarını kəskin tərzdə pisləyiblər.

Sionist rejimin xəfiyyə qüvvələrinin Ufer məhbəsində saxlanılan fələstinli əsirlərə qarşı basqınında azı yüz əsir yaralanıbdır.

Həmas-ın siyasi bürosunun üzvü Musa Dudin sionist rejimin repressiv hərəkətlərinin bu rejimin insan haqları iddialarının pərdəarxarsı və cinayətkar simasını ifşa etdiyini bildirib və deyib ki, insan haqlarına zidd və fələstinli əsirlərə əzab-əziyyət vermək üçün sionistlər tərəfindən öncədən planlaşdırılmış bu addım elə bir halda atılıbdır ki, həmin əsirlər öz həyatlarını davam etdirmək üçün ən ibtidai imkanlardan belə məhrumdurlar.

Digər tərəfdən, Fəlsətin İslami Cihad Hərəkatının mətbuat katibi belə söyləyib: Sionist rejim zindanlarında baş verənlər bu rejimin terrorist mahiyyətini üzə çıxaran böyük bir cinayətdir.