Bəhreyn xalqı sionist rejim ilə əlaqələrin normallaşdırılmasına etiraz etdi
https://azeri.sahartv.ir/news/qərbi_asia-i335494-bəhreyn_xalqı_sionist_rejim_ilə_əlaqələrin_normallaşdırılmasına_etiraz_etdi
Bəhren xalqı sionist rejim ilə əlaqələrin normallaşdırılmasına etiraz olaraq aksiya keçirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 25, 2019 14:20 Asia/Baku
  • Bəhreyn xalqı sionist rejim ilə əlaqələrin normallaşdırılmasına etiraz etdi
    Bəhreyn xalqı sionist rejim ilə əlaqələrin normallaşdırılmasına etiraz etdi

Bəhren xalqı sionist rejim ilə əlaqələrin normallaşdırılmasına etiraz olaraq aksiya keçirib.

Əl-Məyadin informasiya kanalının bildirdiyinə görə, Bəhreynin müxtəlif məntəqələrində insanlar küçələrə axın edərək, sionist rejim ilə əlaqələrin normallaşdırılmasına etiraz edib. Aksiya iştirakçıları "sionist rejim ilə əlaqələrin normallaşdırılmasına yox" şüarı verərək, Bəhreyn və Fələstin bayraqlarını əllərində daşıyıblar.

Aksiya iştirakçılarının əllərində olan bəzi plakatların üzərinə "Bəhreyn sionist rejim ilə əlaqələrin normallaşdırılması qarşısında müqavimət göstərir" şüarı yazılıb.

Aksiya iştirakçıları həmçinin Bəhreyn və Fələstin vətəndaşlarını qətlə yetirənlərdən intiqamın alınması haqqına təkid edərək, Fələstin xalqı ilə həmrəylik elan ediblər.