İraqda Həzrət Zəhra(s.ə)-nın mövludu qeyd olunub
https://azeri.sahartv.ir/news/qərbi_asia-i335581-İraqda_həzrət_zəhra(s.ə)_nın_mövludu_qeyd_olunub
İki aləmin xanımı, Həzrət Zəhra(s.ə)-ya məhəbbət bir sərhəd və coğrafiya ilə məhdud olmur. Bəziləri də anasının mübarək mövlud günü münasibətilə övladını təbrik etmək üçün bu günü Əba Əbdillah Əl-Husəyn(ə)-ı ziyarət etmək üçün seçiblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 26, 2019 13:04 Asia/Baku
  • İraqda Həzrət Zəhra(s.ə)-nın mövludu qeyd olunub
    İraqda Həzrət Zəhra(s.ə)-nın mövludu qeyd olunub

İki aləmin xanımı, Həzrət Zəhra(s.ə)-ya məhəbbət bir sərhəd və coğrafiya ilə məhdud olmur. Bəziləri də anasının mübarək mövlud günü münasibətilə övladını təbrik etmək üçün bu günü Əba Əbdillah Əl-Husəyn(ə)-ı ziyarət etmək üçün seçiblər.

Kərbəla dünən gecədən bəri və bu gün şadlıq içindədir. Əhli-Beyt(ə) məhəbəttinə malik olan minlərlə nəfər çiçək dəstələri ilə iki aləmin xanımının mövludunu İmam Husəyn(ə)-ın ziyarətgahında qeyd edibdir.

Din təbliğatçısı: Müsəlmanları təbrik edirəm. Xüsusən xanımın övladı Həzrət Mehdi(əc)-i.

Qadın: Hüseynə və anasına salam olsun! Bu əziz gecəni təbrik edirəm.

Burada yeniyetmələrdən tutmuş gənclərə, qocalara, ərəbə və qeyri-ərəbə şamil olan hamı, hətta şəhid anaları da var idilər.

Şəhid anası: Bütün şəhidlərin anası olan Həzrət Fatimeyi-Zəhra(s.ə)-nın mövludu olduqca mübarək gündür.

Təbrik deyirəm. Mən şəhid anasıyam və Həzrət Fatimeyi-Zəhra(s.ə)-nın mənim üçün meyar olması ilə fəxr edirəm.

Bəli, Müqəddəs Kərbəla bu gün haqlı olaraq peyğəmbərliyin qaynar kövsərinin nur yağışına qərq olub və hərəm hər an ananın mövludunu şəhid övladına təbrik demək üçün gəlmiş Əhli-Beyt(ə) sevərlərinin iştirakının şahididir.