Sionist qəsəbə sakinləri yenidən Məsciduləqsaya basqın ediblər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i335878-sionist_qəsəbə_sakinləri_yenidən_məsciduləqsaya_basqın_ediblər
Fələstinli mənbələr sionist qəsəbə sakinlərinin yenidən Məsciduləqsaya basqın etmələrindən xəbər veriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 28, 2019 15:25 Asia/Baku
  • Sionist qəsəbə sakinləri yenidən Məsciduləqsaya basqın ediblər
    Sionist qəsəbə sakinləri yenidən Məsciduləqsaya basqın ediblər

Fələstinli mənbələr sionist qəsəbə sakinlərinin yenidən Məsciduləqsaya basqın etmələrindən xəbər veriblər.

Sionist qəsəbə sakinlərinin bu gün Məsciduləqsaya olan basqını Babulrəhmə tərəfdən, güclü təhlükəsizlik tədbirləri və sionist hərbçilərin himayəsi altında həyata keçirilibdir.

Fevralın 22-də Qüds şəhərində yüzlərlə fələstinli Məsciduləqsayaya doğru hərəkət edərək, Babulrəhmə giriş darvazasını on altı ildən sonra açdı.