Ərəbistan məhbəslərində qadınların durumu barədə nigaranedici məlumatlar yayılıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i335900-Ərəbistan_məhbəslərində_qadınların_durumu_barədə_nigaranedici_məlumatlar_yayılıb
“Həbs olunmuş səud qadınlar” adlı vebsayt ərəbistan məhbəslərində qadınların durumu barədə nigaranedici məlumatlar yayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 01, 2019 15:38 Asia/Baku
  • Ərəbistan məhbəslərində qadınların durumu barədə nigaranedici məlumatlar yayılıb

“Həbs olunmuş səud qadınlar” adlı vebsayt ərəbistan məhbəslərində qadınların durumu barədə nigaranedici məlumatlar yayıb.

“Həbs olunmuş səud qadınlar” vebsaytı twitter-də bir bir yazı verərək belə qeyd edib: Ərəbistan həbsxanalarındakı səud qadınlara ağır işgəncələr verilir. Qərb dünyası da səud hökmranları tərəfindən həyata keçirilən bu repressiyalara əsla məhəl qoymur.

Beynəlxalq Amnistiya Təşkilatı indiyədək bir neçə bəyanat yayaraq, səud hökmranlarından istəyibdir ki, insan haqlarının ərəbistandakı vəziyyəti barədə izahat versinlər və bu ölkənin fəalları və hüquqşünaslarını xəfiyyə qüvvələrinin repressiyalarına məruz qoymasınlar.

Səud dövləti son aylarda insan haqları sahəsində onlarla qadın fəalı həbs edərək, onları ölkənin maraqlarına zərər vurmaq, xəyanət, həmçinin xaricdəki düşmən ünsürlərə maliyyə və mənəvi dəstək verməkdə ittiham edibdir.