Apr 29, 2019 08:28 Asia/Baku
  • İraq xalqı Bəhreyn səfirliyi önündə genş aksiya keçirib
    İraq xalqı Bəhreyn səfirliyi önündə genş aksiya keçirib

Minlərlə iraqlı Bəhreynin Bağdaddakı səfirliyi önündə aksiya keçirib. Aksiyada məqsəd, Bəhreyn xarici işlər nazirinin Seyyid Muqtəda Sədrə qarşı həyasızcasına mövqeyinə etiraz etmək olubdur.

Aksiyaçılar ali-xəlifə rejiminin Bəhreyn xarici işlər naziri Xalid bin Əhməd Ali Xəlifənin İraqda Sədr cərəyanının rəhbəri Seyyid Muqtəda Sədrə qarşı təhqiramiz sözlərinə görə üzr istəməsini tələb ediblər.

İraqlılar Bəhryen xalqına hədiyyə kimi təqdim etmək üçün özlərilə bu aksiyaya qırmızı çiçək buketləri gətirmişdilər.

Bundan öncə də onlarla iraqlı Bəhreynin Nəcəfi-Əşrəfdəki konsulluğu önündə etiraz aksiyası keçirmişdi.

Muqtəda Sədr şənbə günü İraqın daxili işlərinə müdaxilələrin artmasından nigarançılıq edərək, Bəhreyndəki böhranın  həlli üçün ali-xəlifə başçılarının hakimiyyətdən getmələrini istəmişdi.

Onun ardınca Bəhreyn xarici işlər naziri  bir twittdə Sədr cərəyanının rəhbərinə hörmətsizlik etdi ki, bu təhqir ali-xəlifə rejiminin xarici işlər nazirinin geniş şəkildə pislənilməsi, həmçinin siyasi və xalq reaksiyalarına səbəb oldu.

İraqın xarici işlər naziri Muhəmməd Əli əl-Həkim də Bəhreynin bu ölkədəki səfirinin çağırılması barədə göstəriş veribdir.

Teqlər