Ərəbistanın Parisdəki səfirliyi önündə aksiya keçirilib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i339819-Ərəbistanın_parisdəki_səfirliyi_önündə_aksiya_keçirilib
Fransada bir qrup insan haqları fəalı 37 Ərəbistan vətəndaşının edam edilməsinə etiraz olaraq, bu ölkənin Parisdəki səfirliyi önündə aksiya keçirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 03, 2019 13:38 Asia/Baku
  • Ərəbistanın Parisdəki səfirliyi önündə aksiya keçirilib

Fransada bir qrup insan haqları fəalı 37 Ərəbistan vətəndaşının edam edilməsinə etiraz olaraq, bu ölkənin Parisdəki səfirliyi önündə aksiya keçirib.

Aksiyaçılar Ərəbistanda vətəndaşların kütləvi şəkildə edam edilmələrini pisləyiblər.

Aksiya iştirakçılarından biri deyib: Ərəbistan rejimi beynəlxalq terrorizmə maliyyə dəstəyi verir, hər cür cinayət törədir və Qərbi Asiyada və bütün dünyada sabitliyi pozmağa səy göstərir.

Ərəbistan daxili işlər nazirliyi aprelin 23-də "ümumi təhlükəsizliyi pozmaq" adlandırılan məsələyə görə, bu ölkənin 37 vətəndaşının edam olunmasından xəbər verdi.