May 05, 2019 17:38 Asia/Baku
  • Müqavimətin raketləri sionist naziri sığınacağa sürükləyib
    Müqavimətin raketləri sionist naziri sığınacağa sürükləyib

Sionist rejimin daxili işlər naziri Qəzzə zolağında Fələstin müqavimətinin raketlərindən qorxuya düşərək, sığınacağa qaçıbdır.

Sionist rejimin daxili işlər naziri Aryeh Deri dünən öz twitter hesabında ailə üzvləri ilə yanaşı olan şəkillər yayıbdır. Bu şəkillərdə o, Ber əl-Səbəə şəhərindəki bir sığınacaqdadır. O, təhlükə siqnalı səslənən kimi buraya qaçıb gizlənibdir.

Sionist rejim bildirib ki, şənbə günü Həmas və İslami Cihad təşkilatları tərəfindən işğal olunmuş ərazilərə təqribən 200 raket atılıbdır.

Sionist rejim cümə günündən bəri Qəzzəyə qarşı geniş aviasiya və artilleriya hücumlarına başlayıbdır. Nəticədə on bir fələstinli, o cümlədən bir uşaq anası ilə yanaşı şəhid olub, onlarla nəfər də yaralanıbdır.

Fələstin muxtariyyəti dünən gecə bir bəyanatda BMT-dən istəyibdir ki, sionist rejimin Qəzzə zolağına qarşı hücumlarının dayandırılması üçün dərhal məsələyə qarışsın.

Teqlər