Yəmənlilər Ərəbistanın Əsir vilayətinə raket zərbəsi endirdilər
May 19, 2019 05:37 Asia/Baku
-
Yəmənlilər Ərəbistanın Əsir vilayətinə raket zərbəsi end
Yəmən ordusu və xalq qüvvələri şənbə günü gecə Səudiyyə koalisiyasının cinayətlərinə cavab olaraq Ərəbistanın Əsir vilayətində yerləşən Rəbuə məntəqəsində səudiyyə hərbçilərinin toplaşdıqları məkanı 2 ədəd "Zilzal 1" ballistik raketi ilə hədəfə alıb.
Əl-Aləm kanalının bildirdiyinə görə, bu hücumda onlarla səudiyyə hərbçisi ölüb və yaralanıb.
Təcavüzkar səudiyyə koalisiyasının qırıcıları cümə axşamı Yəmənin paytaxtı Səna şəhərini bombardman etmişdilər.
Bu cinayət hadisəsində bir ailənin üzvləri olan 4 uşaq və iki kişi həlak olmuş. 71 nəfər də yaralanmışdı. Yaralılardan 27-si uşaq, 17-si isə qadın olub.
bombardman nəticəsində bir neçə bina tamamilə dağılıb.