Kimyəvi Silahlara Qadağa Təşkilatının hesabatı Qərbi rüsvay etdi
https://azeri.sahartv.ir/news/qərbi_asia-i340658-kimyəvi_silahlara_qadağa_təşkilatının_hesabatı_qərbi_rüsvay_etdi
Kimyəvi Silahlara Qadağa Təşkilatı Suriyanın Duma şəhərinə edilən kimyəvi hücumla bağlı araşdırmaların nəticəsinin təhrif edilməsinə dair hesabat yayıb. Bu məsələ təşkilatın imicinə zərbə vurmaqla yanaşı ABŞ və Qərb üçün növbəti rüsvayçılıq sayılır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 19, 2019 13:24 Asia/Baku
  • Kimyəvi Silahlara Qadağa Təşkilatının hesabatı Qərbi rüsvay etdi
    Kimyəvi Silahlara Qadağa Təşkilatının hesabatı Qərbi rüsvay etdi

Kimyəvi Silahlara Qadağa Təşkilatı Suriyanın Duma şəhərinə edilən kimyəvi hücumla bağlı araşdırmaların nəticəsinin təhrif edilməsinə dair hesabat yayıb. Bu məsələ təşkilatın imicinə zərbə vurmaqla yanaşı ABŞ və Qərb üçün növbəti rüsvayçılıq sayılır.

İRİB-nin bildirdiyinə görə, Kimyəvi Silahlara Nəzarət Təşkilatının eksperti Ayan Henderson dünən şənbə verdiyi açıqlamada bu təşkilatın Suriyanın Duma şəhərinə edilən kimyəvi hücumla bağlı hesabatının reallıqları əks etdirmədiyini etiraf edib.

Hendersonun hesabatında deyilir: Suriyanın Duma şəhərində, hadisənin baş verdiyi məkana baxışın keçirilməsi və götürülən nümunələrin analiz edilməsi nəticəsində qaz kapsullarının havadan atılmış olması ehtimalı çox zəifdir və bu qaz kapsullarının yerdə partladılması ehtimalı çox güclüdür.

2018-ci ilin aprelində Qərb, Ərəb və İsrail mediaları ahəngdar qaydada Suriyanın Duma şəhərinə kimyəvi hücumla bağlı yalan xəbərlər yayaraq, elə ilk başdan və heç bir fakt təqdim etmədən bu  hücuma görə Suriya ordusunu ittiham etməyə başladılar.

Bir neçə gündən sonra isə aydın oldu ki, ümumiyyətlə kimyəvi hücum həyata keçirilməyib və baş vermiş hadisə Qərb dövlətləri və medialarının fitnəsindən başqa bir şey deyilmiş. Hücum səhnəsi isə "Ağ dəbilqəlilər" adlı qruplaşma tərəfindən  hazırlanıb. Məqsəd terrorçuları xilas etmək olub.

Kimyəvi Silahlara Qadağa Təşkilatının bu saxta hesabatı ABŞ və Qərb dövlətlərinin 13 aprel 2018-ci il tarixində Suriyanın hava bazası və elmi araşdırmalar mərkəzini 103 raket ilə hədəfə almasına bəhanə vermiş oldu.