İraqın Əl-Ənbar vilayətində partlayış
https://azeri.sahartv.ir/news/qərbi_asia-i341058-İraqın_Əl_Ənbar_vilayətində_partlayış
İraqın Əl-Ənbar vilayətinin qərbində, Əl-Qəza məntəqəsində bomba quraşdırılmış avtomobil partladılıb, ölən və yaralananlar var.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 24, 2019 06:50 Asia/Baku
  • İraqın Əl-Ənbar vilayətində partlayış
    İraqın Əl-Ənbar vilayətində partlayış

İraqın Əl-Ənbar vilayətinin qərbində, Əl-Qəza məntəqəsində bomba quraşdırılmış avtomobil partladılıb, ölən və yaralananlar var.

Mehr-in bildirdiyinə görə, İraqın xilasedici və təhlükəsizlik qüvvələri cümə axşamı hadisə yerində olaraq, araşdırmalara başlayıblar. 

Ötən bazar günü də İraqın şərqində, Diyalə vilayətinin Bələdruz məntəqəsində oxşar hadisə baş vermişdi. Bu terror aktında bir avtobus hədəfə alınmışdı. Nəticədə 7 nəfər ölmüş, 26 nəfər də yaralanmışdı. 

İŞİD terror qruplaşması İraqda məğlub olsa da, terrorçular pərakəndə şəkildə ölkənin müxtəlifməntəqələrində terror aktları törətməklə məşğuldurlar.