Sionist rejim hərbçiləri fələstinli bir gənci şəhid etdilər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i341633-sionist_rejim_hərbçiləri_fələstinli_bir_gənci_şəhid_etdilər
Sİonist rejim hərbçiləri bu gün (cümə) Qüds şəhərində fələstinli bir gənci iki sionistə hücum etmək bəhanəsi ilə şəhid ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 31, 2019 10:46 Asia/Baku
  • Sionist rejim hərbçiləri fələstinli bir gənci şəhid etdilər

Sİonist rejim hərbçiləri bu gün (cümə) Qüds şəhərində fələstinli bir gənci iki sionistə hücum etmək bəhanəsi ilə şəhid ediblər.

MƏA xəbər agentliyinin bildirdiyinə görə, sionist rejimin Qüds və Əl-Əqsa məscidinə qarşı təcavüzlərinin artdığı bir vaxtda İsrail mediaları bildiriblər: Fələstinli bir gəncin "Nablos qapısı" məntəqəsində habelə, Qüds şəhərinin "Amud Qapısı" məntəqəsində həyata keçirdiyi iki müqavimət əməliyyatı zamanı iki sionist xəsarət alıb. Yaralılardan birinin vəziyyəti ağır elan olunub. 

Bu əməliyyatın ardınca sionist rejim hərbçiləri fələstinli gəncə tərəf atəş açaraq, onu yaralayıblar. Daha sonra fələstinli gənc yaralarının ağırlığı üzündən şəhid olub. 

Bu əməliyyatın ardınca sionist rejim hərbçiləri Qüdsün qədim hissəsinin qapılarını və Əl-Əqsa məscidinin qapılarını bağlayaraq, fələstinllərin məscidə daxil olmasına mane olublar.