Yəmən HHM qüvvələri ən modern amerikan piotsuzunu vurublar
https://azeri.sahartv.ir/news/qərbi_asia-i342045-yəmən_hhm_qüvvələri_ən_modern_amerikan_piotsuzunu_vurublar
Yəmənin hava hücumundan müdafiə qüvvələri təcavükarların 56 milyon dollarlıq bir ədəd "MQ9" tipli pilotsuzunu Əlhudəydə səmasında hədəfə alaraq, vurublar. Bu pilotsuz Amerikanın ən böyük və modern casusluq pilotusuzudur.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 07, 2019 14:51 Asia/Baku
  • Yəmən HHM qüvvələri ən modern amerikan piotsuzunu vurublar

Yəmənin hava hücumundan müdafiə qüvvələri təcavükarların 56 milyon dollarlıq bir ədəd "MQ9" tipli pilotsuzunu Əlhudəydə səmasında hədəfə alaraq, vurublar. Bu pilotsuz Amerikanın ən böyük və modern casusluq pilotusuzudur.

Həmçinin Nəcranda təcavüzkarların digər bir casusluq pilotsuzu vurulubdur. Bu nailiyyətlər Yəmən müdafiə nazirinin yəmənli qüvvələrin işğalçılarla mübarizədə hücum və müdafiə gücünün artması haqda təcavüzkarlara xəbərdarlığından sonra əldə olunubdur. Müsahibə(kişi): Bu gün yəmənli qüvvələr Yəmən torpağını canla-başla qoruyurlar. Biz təcavüzkarların qırıcılarının hərəkətini pozan silahlar düzəldə bildik və bizim qüvvələrin bütün hərbi bölmələrinin hazırlıq səviyyəsi yüksəlibdir. İşğalçı qüvvələr Əlhudəydə hava limanının 16 kilometrliyində öz hücumlarını genişləndiriblər. Onlar yaşayış massivlərinin gülləbaran edilməsində bir qadın və uşağı şəhid edib, bir neçə nəfəri də yaralayıblar. Həmçinin üç yəmənli Əlhali və Əltəhita məntəqələrində yaralanıbdır. Təcavüzkarlar Səədə və Səna yaşayış massivlərini və sərhəd cəbhələrini şiddətlə bombardman ediblər. Müsahibə(kişi): Səud muzdurlarının ümumi fikri ordu və xalq komitələrinin sərhəd məntəqələrindəki qələbələrindən yayındırmaq məqsədli Əlhudəydə əyalətindəki hücumları şiddətlənibdir. Onlar özlərinin Nəcran, Cizan və Əsir cəbhələrindəki hərbi məğlubiyyətlərini azaltmaq ardıncadırlar. Yəmənin raket bölməsi işğalçı qüvvələrin Əlcift məntəqəsindəki toplanışını "Zəlzal-1" tipli bir ədəd raketlə hədəfə alıb. Yəmənli döyüşçülərin Əlbiyza cəbhəsindəki qəfil əməliyyatında çoxlu sayda səud muzduru ölüb və ya yaralanıb. Yəmənli snayperlər Nəcran və Cizan cəbhəsində 27-dən çox səud muzdurunu öldürüblər.