Suriyada onlarla terrorçu öldürülüb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i342062-suriyada_onlarla_terrorçu_öldürülüb
Suriya ordusunun bu ölkənin Həmah vilayətinin şimalına qarşı hücumunda azı 140 terrorçu öldürülüb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 08, 2019 14:24 Asia/Baku
  • Suriyada onlarla terrorçu öldürülüb
    Suriyada onlarla terrorçu öldürülüb

Suriya ordusunun bu ölkənin Həmah vilayətinin şimalına qarşı hücumunda azı 140 terrorçu öldürülüb.

Suriya ordusu Həmah vilayətinin şimalında bir neçə əməliyyat keçirərək, Təhrirulşam terrorçularının və müttəfiq qrupların ordunun mövqelərinə qarşı ehtimal olunan hücumunu dəf edib.

Suriya ordusu həmçinin Həmah vilayətinin kənarındakı əl-Mələh yüksəklikləri və əl-Cəbin qəsəbəsində terrorçulara ağır zərbələr endiribdir.

Suriya ordusunun qırıcıları da terrorçuların İdlibin cənubundakı mövqelərini hədəfə alıblar.

Suriya ordusu son günlər dəfələrlə terrorçuların Həmah və İdlib vilayətlərindəki mövqelərini hədəfə alaraq, onlara ağır xəsarətlər vurubdur.

Həmah və İdlib vilayətləri terrorçuların Suriyadakı sonuncu bazalarıdırlar.